-1 C
Baku
Sunday, December 15, 2024

“Nvidia” kapitallaşmaya görə Almaniya fond bazarını geridə qoyub

“Nvidia”nın bazar dəyəri Almaniyada birjalarda satılan bütün şirkətlərin kapitallaşmasını ötüb. Qeyd edək ki, Almaniyada ilkin listinqi olan şirkətlərin ümumi dəyəri 2.315 trilyon avro (2.51 trilyon dollar) təşkil edir.

Dünən Bakı vaxtı ilə saat 17:39-da “Nvidia”nın kapitallaşması 2.55 trilyon dollar təşkil edib. Qiymətli kağızların maksimal qiyməti $1041.81 (+9.72%) olub.

Mayın 22-də “Nvidia” 2025-ci maliyyə ilinin birinci rübünün nəticələrini açıqlayıb. Şirkətin xalis mənfəəti illik müqayisədə təxminən 7.3 dəfə artıb: gəlir 3.6 dəfə artaraq 26.04 milyard dollara çatıb.

“Nvidia” səhmləri mayın 22-də post-bazarda ilk dəfə 1000 dolları ötüb. Mayın 23-də premarketdə onlar maksimum 7.5% artaraq 1021.1 dollara yüksəlib. “Nvidia” səhmləri 2024-cü ilin əvvəlindən çərşənbə gününün hərrac açılışına qədər təxminən 106% artıb.

Son xəbərlər
Digər xəbərlər