Çip istehsalçısı “NVIDIA” kriptovalyutaya tələbin artması fonunda mənfəətini keçən illə müqayisədə 84% artırıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirildiyi kimi, 2021-ci ilin birinci rübündə şirkət 5.66 milyard dollar qazanc əldə edib. İstehsalçının xalis mənfəəti isə keçən illə müqayisədə 109% artaraq 1.9 milyard dollara çatıb.
Ümumiyyətlə, birinci rübdə “NVIDIA” ilk növbədə oyun və məlumat mərkəzləri seqmentlərini inkişaf etdirib:
– oyun seqmentindən əldə edilən gəlir 2.76 milyard dollar təşkil edib (+100%);
– məlumat mərkəzləri seqmentindən əldə edilən gəlir isə 2.05 milyard dollar dəyərində qiymətləndirilib (+76%).
Qeyd edək ki, “NVIDIA” videokartlarına artan tələb maynerlərlə əlaqəli olub. Şirkət digər alıcılar üçün videokartların çatışmazlığını kompensasiya etmək üçün xüsusi proqram təminatını da buraxıb. Fevral ayında istehsalçı kriptovalyutaların mayninqi üçün ayrıca çip istehsal edəcəyini açıqlayıb. Beləliklə, mayninq üçün nəzərdə tutulan videokartlar şirkətə 155 milyon dollar qazanc gətirib.
Buna baxmayaraq, “NVIDIA” videokart çatışmazlığı probleminin bu ilin ikinci yarısına qədər davam edəcəyini hesab edir. Şirkətin maliyyə direktoru Kolett Kress bu rübdə kriptovalyutanın mayninqi üçün videokart satışı 400 milyon dollara çatacaq və əldə edilən gəlir 6.3 milyard dollar təşkil edəcək.