ABŞ-nin “Nvidia”, “Microsoft” və “Amazon” şirkəti “OpenAI”yə 60 milyard dollara qədər investisiya ilə bağlı danışıqlar aparır. Bu barədə danışıqların gedişindən xəbərdar mənbələrə istinadən “The Information” yazır.
Bu vəsait 100 milyard dollara qədər olan maliyyələşdirmə raundunun bir hissəsi olacaq. “Nvidia”nın 30 milyard dollara qədər, “Microsoft”un isə təxminən 10 milyard dollar ayırmağı planlaşdırdığı bildirilir. “Amazon” “OpenAI”ni ilk dəfə maliyyələşdirəcək və 10 milyard dollardan çox və ya 20 milyard dollar investisiya yatıracaq.
Bu investisiyalar Yaponiyanın çoxmillətli holdinq şirkəti “SoftBank Group” tərəfindən ayrılacaq 30 milyard dolları tamamlayacaq. Şirkət maliyyələşdirmənin detalları ilə bağlı danışıqları davam etdirir.
2025-ci il noyabrın 2-də “Bloomberg” analitikləri “Nvidia” səhmlərini Uoll-strit tarixində ən təsirli səhmlər adlandırıblar. “Nvidia” bazar kapitallaşması 5 trilyon dollara çatan ilk şirkət olmaqla tarixi rekord müəyyən edib ki, bu da onun qlobal iqtisadiyyata və fond bazarına dominant təsirini vurğulayır.






