5 C
Baku
Tuesday, February 11, 2025

“Nvidia”, “OpenAI” və Tramp “DeepSeek” layihəsinin populyarlığı ilə bağlı vəziyyəti şərh ediblər

Amerikanın “Nvidia” şirkəti, “OpenAI”nin baş direktoru Sem Altman və ABŞ prezidenti Donald Tramp “ChatGPT”nin alternativinə çevrilmiş Çinin “DeepSeek” layihəsinin populyarlığı ilə bağlı vəziyyəti şərh ediblər.

“Nvidia” hesab edir ki, “DeepSeek” – mövcud süni intellekt modellərindən istifadə edərək yaradılan və ABŞ-nin ixrac nəzarətinə uyğun olaraq fəaliyyət göstərən “AI-nin şah əsəri”dir.

“İşlədiyini bildiyiniz bir şeyi kopyalamaq nisbətən asandır. İşə yarayacağını bilmədiyiniz zaman yeni, riskli və çətin bir iş görmək isə olduqca çətindir. Ayrı-ayrı tədqiqatçılar haqlı olaraq bunun üçün çox kredit alırlar! Bu, dünyanın ən möhtəşəm işidir”, – deyə Sem Altman süni intellekt bazarındakı mövcud vəziyyəti şərh edib.

Altman “DeepSeek” haqqında: Hal-hazırda Çin startapı süni intellekt sahəsində bütün diqqəti özünə cəlb edib. Bəs bundan sonra bizi nə gözləyir? “Şübhəsiz ki, daha yaxşı modellər təqdim edəcəyik, bu cəhətdən yeni rəqibə sahib olmaq həqiqətən də həyəcan vericidir”.

0301f575440f227512de5d407fe7a0fa

ABŞ prezidenti Donald Tramp Çinin “DeepSeek” şirkətinin çat-botunun uğurundan sonra amerikalı tərtibatçıları süni intellekt (AI) sahəsində səylərini artırmağa çağırıb. O, Çində daha ucuz və sürətli süni intellekt modelinin ortaya çıxmasının Amerika sənayesi üçün “həyəcan siqnalı” olduğunu vurğulayıb.

ABŞ prezidentinin fikrincə, Amerika şirkətləri yeni şəraitə uyğunlaşa biləcək və hətta çinli rəqiblərini də keçə biləcəklər. Onun sözlərinə görə, Çin rəhbərliyi onunla söhbətində amerikalı alimlərin yüksək səriştəsini etiraf edib. O, Çin şirkətinin modelinin analoqlarından daha sürətli və ucuz olmasını da yüksək qiymətləndirib.

“DeepSeek” (深度求索) – Hançjoudakı Zhejiang Universitetinin üç əməkdaşı tərəfindən qurulan Çin startapıdır. Layihə 2023-cü ildə yaradılıb və qısa müddət ərzində “ChatGPT”yə layiqli alternativ olmağı bacarıb. Layihənin Qərb analoqlarından fərqli olaraq veb versiyası da var.

27 yanvar 2025-ci ildə “DeepSeek” bütün ABŞ bazarına ciddi təsir göstərib – bir gündə bazar bir trilyon dollar dəyər itirib. Məsələn, NASDAQ məlumatlarına görə, “Nvidia”nın kapitallaşması 570 milyard dollardan çox azalıb. Beləliklə, “Nvidia” ən bahalı şirkət adını itirib, “Bloomberg” yazıb.

572a8c609653badf46e17ed482c137be

Bundan əvvəl Çinin “DeepSeek” süni intellekt layihəsi “ChatGPT qatili” ləqəbli “DeepSeek-R1” layihəsinin ictimaiyyətə təqdim edilməsindən sonra ABŞ-də ən çox yüklənən xidmət olub.

Son xəbərlər
Digər xəbərlər