“Nvidia” sentyabrın 30-da işçilərinə Rusiyadakı ofisini bağladığını açıqlayıb. Verilən məlumata görə, şirkət başqa ölkələrə köçməyə razı olanları aktiv şəkildə çarter təyyarələrlə aparır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Nvidia” nümayəndələrinin sözlərinə görə, şirkət səmərəli fəaliyyəti təmin edə bilmədiyi üçün Rusiyada ofisi bağlamaq qərarına gəlib. Fevral ayına qədər Rusiyada “Nvidia”nın 300-dən çox işçisi çalışıb.
Xatırladaq ki, “Nvidia” mart ayında Rusiyada satışları dayandırıb. İyulda şirkət Rusiya tədarükçülərinə lisenziyaları verməyi dayandırıb.