15 C
Baku
Tuesday, November 25, 2025

Nvidia səhmləri Meta-nın Google çiplərini almaqla bağlı danışıqları fonunda ucuzlaşıb

Bloomberg-in məlumatına görə, Meta Platforms 2027-ci ildə məlumat işləmə mərkəzlərində Google-un tenzor prosessorlarından (TPU) istifadə etmək üçün danışıqlar apardığı xəbərlərindən sonra Nvidia-nın səhmləri birja bağlandıqdan sonra 2,7% ucuzlaşıb.

Meta həmçinin 2026-cı ildə Google-un bulud bölməsindən çipləri icarəyə götürə bilər. TPU-lar Nvidia çiplərinə alternativ kimi istifadə oluna bilər. Bu çiplər süni intellekt (AI) platformalarının hazırlanması və işə salınması üçün hesablama gücünə görə “qızıl standart” sayılır.

Agentliyin məlumatına görə, Meta ilə razılaşma Google üçün böyük qələbə olardı. Lakin çox şey onun tenzor prosessorlarının uzunmüddətli perspektivdə lazım olan enerji səmərəliliyi və hesablama gücünü nümayiş etdirə bilib-bilməməsindən asılıdır.

29 oktyabrda Nvidia-nın bazar kapitallaşması 5 trilyon dollara çatıb və o, dünyanın ən bahalı ictimai şirkəti olub. Səhmlərin bahalaşması ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpinin görüşündən sonra baş verib. Şirkətin sürətli bahalaşması həmçinin qlobal AI bumuna və baş direktor Censen Xuannqın aktiv şəkildə yeni müqavilələr bağlamasına bağlıdır.

Son xəbərlər
Digər xəbərlər