26 C
Baku
Monday, July 7, 2025

“Nvidia” tezliklə tarixin ən bahalı şirkəti ola bilər

“Nvidia Corp”un səhmləri cümə axşamı günü 1.3% bahalaşıb. Mütəxəssislərə görə, istehsalçısının bazar qiyməti tezliklə bütün zamanların ən yüksək səviyyəsinə çata bilər.

Ötən gün keçirilən ticarət zamanı “Nvidia”nın kotirovkaları 2.4% artaraq şirkətin bazar dəyərini təxminən 3.92 trilyon dollara çatdırıb. Sessiyanın sonuna bu rəqəm 3.89 trilyon dollar təşkil edib.

“Reuters” yazır ki, keçən ilin dekabrın ayının sonunda “Apple Inc” ticarətin bağlanması zamanı mütləq rekorda imza atıb — 3.915 trilyon dollar. “Nvidia” hazırda Amerika fond bazarında ən bahalı şirkətdir. “Microsoft” korporasiyası ikinci (3.7 trilyon dollar), “Apple” (3,19 trilyon dollar) üçüncü yerdə qərarlaşıb.

Süni intellekt (AI) texnologiyalarında istifadə edilən çiplərə güclü tələbat sayəsində “Nvidia”nın bazar dəyəri ilin əvvəlindən təxminən 20% artıb. Son dörd il ərzində şirkətin bazar dəyəri 8 dəfə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər