16 C
Baku
Thursday, May 2, 2024

“Nvidia” Vyetnamda mikroçip istehsalı mərkəzini quracaq

“Nvidia” Vyetnamda yarımkeçiricilər istehsalı mərkəzi tikmək niyyətindədir. Bu barədə ölkə hökuməti “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın sözlərinə istinad edərək məlumat yayıb.

Cənab Huanq özü qeyd edib ki, “Nvidia” artıq Vyetnama 250 milyon dollar sərmayə qoyub və hazırda  ölkə texnologiya şirkətləri və hakimiyyət orqanları ilə əməkdaşlığın detallarını müzakirə edir.

“Nvidia” Asiya regionunda çip istehsalını aktiv şəkildə artırır və tədarük zəncirlərini şaxələndirməyə çalışır. Belə ki, ötən həftə şirkət Yaponiyada süni intellekt üçün çiplərin istehsalı üçün fabriklər şəbəkəsi yaratmaq niyyətini açıqlayıb. Böyük həcmdə məlumatları emal edən və paralel hesablamalar aparan “Nvidia GPU”ları süni intellekt üçün istifadə olunur. Süni intellekt çiplərinə tələbat sayəsində “Nvidia”nın üçüncü rübdəki gəliri illik müqayisədə 206% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər