15 C
Baku
Tuesday, April 16, 2024

“Nvidia”nın gəliri səkkiz dəfə artıb

Qrafik çip istehsalçısı “Nvidia” 22.1 milyard dollar gəlirlə 12.3 milyard dollar xalis mənfəət əldə edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkətin hesabatından belə görünür ki, “Nvidia”nın mənfəəti hər rübdə səkkiz dəfə artıb, gəliri isə 265% artaraq şirkət tarixində rekord səviyyəyə çatıb. “Bloomberg” qeyd edib ki, “Nvidia”nın maliyyə nəticələri bütün analitiklərin gözləntilərini üstələyib.

Dünyanın aparıcı qrafik çip istehsalçısının gəlirlərinin artmasına süni intellekt üçün prosessorlara tələbatın artması kömək edir.

“Nvidia”nın perspektivli hesabatı fonunda səhmlər premarket ticarətində 12.4% artıb. Şirkət 2025-ci ilin birinci rübündə gəlirinin 24 milyard dollara çatacağını proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər