10 C
Baku
Wednesday, December 11, 2024

“Nvidia”nın kapitallaşması son dörd gündə $424 mlrd. artıb

“Nvidia” səhmləri son dörd gün ərzində 17% bahalaşıb, nəticədə şirkətin kapitallaşması təxminən 424 milyard dollar artıb. Avqustun 13-də ticarətin bağlanışına qiymətli kağızlar 116.14 dollar (+6.53%) qiymətinə olub, Banker.az bu barədə Forbes.ru-ya istinadən xəbər verir.

“Bloomberg” qeyd edib ki, avqustun 5-də irimiqyaslı səhm satışından sonra “Nvidia”nın bazar dəyəri 900 milyard dollar azalıb. Agentlik yazır ki, tarixi eniş şirkətin kapitallaşmasına təsir göstərib.

Bununla belə, “Nvidia” səhmləri hələ də iyunun 18-də əldə edilən rekord qiymətdən 14% aşağıdır, “Bloomberg” yazır. Həmin gün şirkət kapitallaşmaya görə dünyada “Microsoft”u keçərək birinci yeri tutub.

“Bloomberg” qeyd edir ki, bir neçə gün ərzində “Nvidia” səhmlərinin 17% artması investorların qorxularını sakitləşdirməyəcək. Onlar hələ də ABŞ iqtisadiyyatından və yaxın bir neçə il ərzində süni intellektə yüz milyardlarla dollar sərmayə qoymaq istəyən texnologiya şirkətlərinin planlarından ehtiyat edirlər.

Son xəbərlər
Digər xəbərlər