10 C
Baku
Tuesday, November 12, 2024

“Nvidia”nın rəhbəri genişmiqyaslı çöküşdən əvvəl 323 mln. dollarlıq səhm satıb

“Nvidia”nın rəhbəri Jensen Huang genişmiqyaslı çöküşdən əvvəl 323 milyon dollarlıq səhm satıb, bu barədə ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) təqdim etdiyi sənədlərə istinadən “Bloomberg” yazır.

İyun ayında satılan səhmlər də daxil olmaqla, Huang artıq təxminən 500 milyon dollar dəyərində “Nvidia” səhmlərini satıb.

“Bloomberg” yazır ki, “Nvidia” səhmlərinin satışının vaxtı uğurlu olub. İyun-iyul aylarında onların qiyməti pik səviyyəyə çatıb: 20 iyunda “Nvidia” səhmləri 140.76 dollara ticarət edilib. O vaxtdan bəri, avqustun 5-də ticarətin bağlanışına qədər onların dəyəri 28.6% azalıb. O zaman “Nvidia” səhmləri 100.45 dollar (-6.36%) dəyərində olub. Bakı vaxtı ilə 16:28-də premarket ticarətində onlar 2.72% artıb.

Son xəbərlər
Digər xəbərlər