Amerikanın “Nvidia” korporasiyasının baş icraçı direktoru Censen Huanq şirkətin 225 min səhmini 36.4 milyon dollara satıb, bu barədə şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytındakı bəyanatında deyilir.
Ötən il oxşar proqram çərçivəsində Huanq təxminən 700 milyon dollar dəyərində “Nvidia” səhmlərini satıb.
“Bloomberg Billionaires Index”ə görə, top menecerin sərvəti ilin əvvəlindən təqribən 29 milyard dollar (dörddə birdən çox) artaraq 143 milyard dollara çatıb ki, bu da ona 144 milyard dollarla əfsanəvi investor Uorren Baffetə çox yaxınlaşmağa imkan verib.
Ötən həftə çərşənbə günü “Nvidia” tarixdə bazar kapitalizasiyasında 4 trilyon dolları keçən ilk şirkət olub. Cümə günü ticarətdə çip istehsalçısının səhmləri 1.8% artıb.