“Nvidia Corp”un baş direktoru Censen Huanq iyun ayında təxminən 169 milyon dollar dəyərində səhm satıb.
Bunun səbəbi süni intellekt texnologiyalarında istifadə edilən çiplərə davamlı yüksək tələbat və nəticədə şirkətin kotirovkalarının kəskin artması olub. Nəticədə, “Nvidia”nın bazar dəyəri ilk dəfə olaraq 3 trilyon dolları keçərək onu qısa müddət ərzində dünyanın ən dəyərli şirkəti edib.
Qeyd edək ki, “Nvidia” sürətləndirici bazarında dominant paya malikdir ki, bu da onu AI bumunun ən böyük faydalananlarından birinə çevirir. İlin əvvəlindən şirkətin səhmlərinin qiymətləri 150%-dən çox bahalaşıb.
Censen Huanq şirkətin insayder satışı həyata keçirmiş yeganə top-meneceri deyil. İlin birinci yarısında “Nvidia”nın müxtəlif bölmələrinin rəhbərləri ümumi dəyəri 700 milyon dollardan çox olan səhmlər satıblar. Bu, şirkətin tarixində ilkdir.