Ukrayna yaxın bir neçə ildə Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək, Banker.az xəbər verir ki, bu barədə “The New York Times”ın analitikləri yazıblar.
Bildirildiyi kimi, bunun üç səbəbi var:
– Fransa Prezidenti Emmanuel Makronun Avropa siyasi icması (Ukrayna, Gürcüstan, Moldova və Böyük Britaniya) yaratmaq ideyasının iflasa uğraması. Ola bilər ki, bu format bir çox ölkələri Avropanın “ikinci eşelonuna” çevirsin;
– Ukrayna Prezidenti Volodimir Zelenskinin Aİ-yə üzv olması üzrə danışıqları sürətləndirmək istəyi. “Ukrayna ilə üzvlük haqqında danışıqların başlaması mübahisəlidir, çünki Gürcüstan və Moldova da müraciət göndəriblər”, – deyə Amerika nəşri qeyd edib;
– Aİ-nin prinsipcə genişlənməyə hazır olmaması. Müəlliflər yazır ki, “2013-cü ildən bəri Aİ, qismən Rumıniya və Bolqarıstan kimi yoxsul üzvlər üçün inteqrasiya problemləri və üzvlük meyarlarının mürəkkəb olması səbəbindən genişlənməyib”.
Hazırda Ukraynanın NATO və Aİ-yə üzv olması tarixi haqqında heç bir məlumat yoxdur.