ABŞ-ın Ukrayna ilə bağlı yeni məxfi sənədlər toplusu internetə sızıb.
Bundan əlavə, sosial şəbəkələrdə, o cümlədən tvitterdə Amerikanın Yaxın Şərq və Çinlə bağlı məxfi sənədləri də peyda olub.
Ümumilikdə, nəşr qeyd edib ki, internetdə 100-dən çox sənəd var. Xüsusilə, sənədlərin birində münaqişənin martın 1-nə olan vəziyyəti təsvir edilib, digərində isə formalaşmaqda olan 12 Ukrayna briqadası haqqında məlumatlar var.
Məlumata əsasən Pentaqon sənədlərlə bağlı araşdırma aparır.