NYT: İran ABŞ ilə hərbi əməliyyatların dayandırılması üzrə danışıqlara hazır deyil

ABŞ kəşfiyyatının fikrincə, İran hökuməti hərbi əməliyyatların dayandırılması ilə bağlı ciddi danışıqlara hazır deyil. Bu barədə mənbələrə istinadən “The New York Times” məlumat yayıb.

Kəşfiyyatın məlumatına görə, Tehran hesab edir ki, münaqişədə güclü mövqe tutur və güzəştlərə getməyə ehtiyac görmür. İran əlaqə kanallarını açıq saxlamağa hazır olsa da, ABŞ-yə etibar etmir və prezident Donald Trampın niyyətlərinin ciddiliyinə şübhə ilə yanaşır.

ABŞ prezidenti martın 30-da bildirib ki, İranda “yeni və daha ciddi” rejimlə atəşkəs üzrə ciddi danışıqlar aparılır. “Israel Hayom” nəşrinin mənbəsi İran tərəfindən ziddiyyətli siqnallar gəldiyini qeyd edib: prezident Məsud Pezeşkian iqtisadiyyat dağıdılmadan əvvəl ABŞ ilə dialoqu dəstəkləyir, SEPAH isə hərbi əməliyyatların davam etdirilməsində israr edir.

Aprelin 1-i axşam saatlarında Donald Tramp İran mövzusu ilə bağlı xalqa müraciət edəcək. “Politico”nun məlumatına görə, o, çıxışında İranda aparılan əməliyyatın başa çatdığını elan etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər