Donald Tramp administrasiyası xarici vətəndaşlara ABŞ-da yaşamaq və işləmək hüququ verən “qrin kart”ların verilməsini müvvəqqəti dondurmağı planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The New York Times” məlumat verib.
Xatırladaq ki, bundan əvvəl prezident öz “Twitter” hesabında ABŞ-a immiqrasiyanı iki ay müddətinə dayandıracağını açıqlamışdır. Tramp vurğulayır ki, bu tədbirlər koronavirus pandemiyasının yayılması, o cümlədən amerikalılar üçün iş yerlərini təmin etmək məqsədini daşıyır.
NYT-nin verdiyi məlumata görə, “qrin-kart” yalnız uşaqlar və ya ABŞ vətəndaşı olan ailəli insanlar üçün əlçatan olacaq. Nəşr qeyd edir ki, “qrin-kart” ların verilməsinin dayandırılması, qohumları ilə görüşmək və ya ABŞ-da işə düzəlmək istəyən on minlərlə insana təsir edəcək.
CNN-nin qeyd etdiyi kimi, iş vizalarının verilməsinin dayandırılması 120 gün davam edə bilər.