6 C
Baku
Saturday, December 14, 2024

“NYT”: Türkiyə və Yunanıstan arasındakı mübahisə NATO-nu parçalaya bilər

“New York Times”ın Avropa müxbiri Stiven Erlanger bildirib ki, yüksək inflyasiya və ucuzlaşan lirə ilə türk ordusu “qəfil” Yunanıstanda peyda ola bilər. Nəşrin qeyd etdiyi kimi, bir sıra ekspertlər və diplomatlar Türkiyə ilə Yunanıstan arasında müharibənin başlamasını mümkün hesab edirlər.

Banker.az bu barədə “Qazeta.ru”ya istinadən xəbər verir.

“NYT” müxbiri hesab edir ki, Türkiyə ilə Yunanıstan arasındakı gərginlik Avropanın Rusiyaya qarşı mübarizədə birliyi qoruyub saxlamağa yönəlmiş mövqeyini çətinləşdirə bilər.

Məqalədə o da vurğulanır ki, Türkiyə NATO-ya üzv ölkələr üçün problemli müttəfiqdir, çünki Ankara Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edib, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rusiyalı həmkarı Vladimir Putinlə daha da yaxınlaşıb.

Son xəbərlər
Digər xəbərlər