“The New York Times” (NYT) və “The Wall Street Journal” (WSJ) qəzetləri, ABŞ prezidenti Donald Trampın iddia edilən fırıldaq işlərinin araşdırılması istiqamətində gördükləri işlərə görə Pulitzer mükafatını qazanıblar. Bu haqda mükafatın internet saytında bildirilir.
Banker.az xəbər verir ki, “NYT” qəzeti Tramp ailəsinin maliyyəsini 18 ay ərzində araşdıraraq, onun biznes imperiyasının yaradılması tarixinin “vergidən yayınmalar ” la dolu olduğunu qeyd edir. Eyni zamana aparılmış araşdırmalar göstərirlər ki, Tramp sahib olduğu mülkiyyətinin çox hissəsini atasından miras kimi alıb. “WSJ “qəzeti “Milli reportaj” nominasiyasında “Prezident Trampın seçki kampaniyası əsnasında iki qadına verdiyi gizli ödəmələrin aşkar etdiyinə” görə mükafat alıb. Bu epizod Trampın opponentləri tərəfindən impiçment çağırışı üçün bir arqument kimi istifadə edilmişdir.
Associated Press reportyorları “Beynəlxalq reportaj” nominasiyasında mükafata layiq görülüblər. Nəşriyyat Yəməndə baş vermiş müharibələrin vəhşilikləri haqqında məlumat dərc etmişdir. Reuters jurnalistləri isə Myanmada qaçqınların öldürülməsi halını araşdırdığı üçün mükafat alıblar.
Jurnalistika sahəsində ən nüfuzlu mükafata həmçinin “The South Florida Sun-Sentinel” və “The Pittsburgh Post-Gazette” da layiq görülüblər. Ədəbiyyat sahəsində Riçard Pauers və Ceki Sibblis Dreri mükafat alıblar. Amerikanın musiqi mədəniyyətinə verdiyi töhfələrə görə Areta Franklin “soulun kraliçası” adına layiq görülərək, Pulitzer mükafatını alıb.