3 C
Baku
Saturday, December 14, 2024

Nyu-York birjası kəskin geriləmə ilə bağlanıb

Nyu-York birjasında indekslər koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda kəskin düşüb.

“Dow Jones” sənaye indeksi 943,24 bənd (-3,43%) enişlə 26 497,39 bəndə, “Standard & Poor 500” indeksi də 119,64 bənd (-3,53%) azalma ilə 3 271,03 bəndə geriləyib.

“Nasdaq” elektron indeksi də 426,48 bənd (-3,73%) geriləyərək 11 004,87 bəndə düşüb.

Hərracda “Alphabet”in səhmləri 4,82 faiz, “Microsoft”un səhmləri 4,95 faiz, “Apple”ın səhmləri isə 4,42 faiz azalıb. WTI markalı neftin dekabr müqavilələri 0,21 faiz ucuzlaşaraq 37,31 ABŞ dollarından, qızıl isə 0,09 faiz ucuzlaşaraq 1 877,70 ABŞ dollarından satılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər