Nyu-York məhkəməsində İranın 11 sentyabr terror aktları zamanı ölənlərin ailələrinə və sığorta şirkətlərinə 10,5 milyard dollar təzminat ödəməsi haqqında qərar qəbul edilib.
“Bloomberg”in verdiyi məlumata görə, bu məbləğin 7,5 milyard dolları Ümumdünya Ticarət Mərkəzinin əkiz binalarında və Pentaqon binasında ölənlərin ailəsinə verilməlidir.
2001-ci ilin 11 sentyabr tarixində baş vermiş terror aktları ilə əlaqədar sığorta ödənişləri edən sığorta şirkətlərinə isə 3 milyard dollar ödənilməlidir. Nyu-York dairə məhkəməsinin hakimi Corc Deniels bildirib ki, İran Nyu-York, Vaşinqton və Pensilvaniya ştatında terror aktları törətmiş 19 terrorçuya yardım göstərilməsinə dair ittihamları təkzib edə bilməyib. Buna görə də İran terror aktlarının vurduğu ziyana görə məsuliyyət daşımalıdır.
Virtualaz.org