“ABŞ böyük maliyyə böhranının ortasındadır”.
Bu barədə Nyu-York meri Erik Adams Steyten-Aylenddə keçirilən tədbirdə bildirib.
“Uoll-strit dağılır və biz elə bir maliyyə böhranı içindəyik ki, təsəvvür belə edə bilməzsiniz”, – deyə o qeyd edib.
Adamsın açıqlamaları ABŞ Prezidenti Co Baydenin ölkə iqtisadiyyatında hər şeyin yolunda getdiyinə dair sözləri ilə kəskin ziddiyyət təşkil edib.