12 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Nyu-York öz kriptovalyutasını istifadəyə verəcək

Noyabrın 11-də “CityCoins” platformasında Nyu-Yorkun “NYCCoin” kriptovalyutasının mayninqi başlayacaq.

Banker.az xəbər verir ki, bələdiyyə kriptovalyutasının yaradılması şəhər ictimaiyyətinin və Nyu-Yorkun seçilmiş meri Erik Adamsın təşəbbüsüdür.

“NYCCoin” şəhər təşəbbüslərini dəstəkləmək və tədbirləri maliyyələşdirmək üçün istifadə olunacaq. Tərtibatçılar NYCCoin əsasında ağıllı müqavilələr və mərkəzləşdirilməmiş proqramlar (dApps) yarada biləcəklər.

“CityCoins” layihəsi bələdiyyələrə şəhər xəzinəsinə investisiya cəlb etmək üçün öz tokenlərini yaratmağa imkan verir. Avqust ayında “CityCoin” ilk şəhər kriptovalyutasını – “MiamiCoin”i işə salıb.

Noyabrın əvvəlində Nyu-Yorkda mer seçkilərində qalib gələn Adams artıq kriptovalyutalarla bağlı bir neçə açıqlama verib. O qeyd edib ki, ilk üç maaşı şəhər rəhbəri kimi bitkoinlə almağı planlaşdırır. Adams həmçinin məktəblərdə kriptovalyutaların əsaslarının öyrədilməsi təklifini müdafiə edib.

Son xəbərlər
Oxşar xəbərlər
X