-1 C
Baku
Sunday, December 15, 2024

Nyu-York və Kaliforniya maliyyə şirkətlərinin köçməsi səbəbindən $1 trln. itirib

ABŞ-da investisiya şirkətləri qərb və şimal-şərq sahillərindən günəşli cənub ştatlarına doğru hərəkət edirlər. Qərar minlərlə yüksək maaşlı iş yerlərinin, dəyərli kommersiya icarəçilərinin itirilməsi və şəhər üçün vergi gəlirlərinin azalması ilə nəticələnib, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Son üç ildə ABŞ-ın Nyu-York və Kaliforniya ştatları təxminən 1 trilyon dollarlıq aktivləri idarə edən firmalarını itirib.

Florida, Konnektikut, Nyu Cersi və Tennessi Nyu-Yorkdan köçmək üçün məşhur istiqamətlərə çevrilib. Kaliforniya şirkətləri isə əsasən Texasa axın edir.

2020-ci ilin əvvəlindən 2023-cü ilin mart ayının sonuna qədər ABŞ-da təxminən 2.7 trilyon dollarlıq aktivləri idarə edən 370-dən çox investisiya şirkəti (ümumiliyin təxminən 2.5%-i) qərargahlarını başqa ştatlara köçürüb. Onların əksəriyyəti Florida və Texasdadır.

Köçmək barədə qərarlar çox vaxt aşağı vergilər, isti hava və daha ucuz malikanələr istəyi ilə şərtlənir. Dəyişikliklər tarixi maliyyə mərkəzlərindən kənarda daşınmaz əmlak investorları üçün yeni imkanlar yaradır.

Son xəbərlər
Digər xəbərlər