Nyu-Yorkda Amerika-Xəzər biznes-forumu keçiriləcək

0

Sentyabrın 25-də Nyu-Yorkda Amerika-Xəzər biznes-forumu keçiriləcək.

Xəzər Siyasət Mərkəzi tərəfindən Harvard klubunda təşkil ediləcək tədbirdə Trans-Xəzər dəhlizi ölkələrinin hökumət və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Xəzər regionunun iqtisadi və siyasi perspektivləri müzakirə ediləcək, müxtəlif layihələrin maliyyələşdirilməsi imkanlarına, bank sektorunun və normativ-hüquqi bazanın potensialına baxılacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

ABŞ və Trans-Xəzər dəhlizi ölkələri arasındakı strateji tərəfdaşlığa söykənən Nyu-York Xəzər biznes-forumu Amerika və Xəzər regionu ölkələrinin biznes dairələri üçün geniş imkanlar yaradan aparıcı platformanı təmsil edir.

Xəzər Siyasət Mərkəzinin özəl sektorun yüksəkvəzifəli məmurlarını və rəhbərlərini, Xəzər regionu ölkələrinin hökumət üzvlərini dəvət etməkdə məqsədi biznes, investisiya, maliyyələşdirmə imkanlarını, tərəfdaşlar qarşısında duran vəzifələri müzakirə etməkdir. ABŞ Dövlət Departamentinin, Ticarət Nazirliyinin və xarici özəl sərmayə korporasiyalarının nümayəndələri tədbirdə çıxış edəcəklər.

Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası ilə yanaşı, Xəzər regionu ölkələrinin səfirlikləri də bu biznes-forumun təşkilatçılarıdır.