Mayın 19-dan etibarən Nyu-Yorkda kafe, muzey, kitabxana və digər dövlət müəssisələrində insanların say məhdudiyyətləri ilə bağlı tətbiq edilən qadağalar rəsmi olaraq ləğv edilib.
TASS xəbər verir ki, ştat tədricən normal həyata qayıtmağa başlayıb.
Kanadanın baş naziri və xanımı “AstraZeneca” preparatı ilə peyvənd olunublar
Braziliyada son sutkada 72 min insan koronavirusa yoluxub, 3086 nəfər isə ölüb
Ekvadorda məhkumlar arasındakı qarşıdurmada 4 nəfər ölüb, 12 nəfər yaralanıb
Sözügedən qadağaların ləğvindən sonra ictimai nəqliyyatda insanların sayı kəskin artmağa başlayıb.
Qeyd edək ki, peyvənd olunmuş insanların maska taxmalarına ehtiyac olmadığı barədə federal tövsiyələrə baxmayaraq, sakinlər hələ də maskalardan imtinadan ehtiyat edir.
Hətta əksər ofislərdə peyvəndlənmə vəziyyətindən asılı olmayaraq, insanlar qapalı yerlərdə maskalanma qaydalarına ciddi riayət etməyə dəvət edilir.