7 C
Baku
Tuesday, January 7, 2025

Nyu-Yorkda pik saatlarda mərkəzə giriş ödənişli olub

ABŞ-nin Nyu-York ştatında pik saatlarda avtomobillə şəhərin mərkəzinə giriş ödənişli olub, bu barədə “Financial Times” yazır. Qeyd olunur ki, ödənişin məbləği 9 dollar olaraq müəyyən edilib. Buna baxmayaraq, respublikaçılar bu təşəbbüsə qarşı çıxıb.

Məlumata görə, həftəiçi 21:00-dan 5:00-dək və həftəsonu 21:00-dan 09:00-dək daha az yüklənmiş saatlarda Manhettona giriş 2.25 dollar təşkil edəcək. Kiçik yük maşınlarının sürücüləri üçün tarif 14.40 dollar, iri nəqliyyat vasitələrinin sürücüləri üçün isə 21.60 dollar olaraq təyin ediləcək.

Bunun şəhərin mərkəzində avtomobillərin sayını 10% azaltmağa və gələcəkdə yığılan 15 milyard dolları ictimai nəqliyyat sisteminin inkişafına yönəltməyə imkan verəcəyi gözlənilir. 2024-cü ildə nəqliyyatın monitorinqi platforması “Inrix” Nyu-Yorku dünyanın ən sıx şəhəri adlandırıb. Yerli sürücülər orta hesabla ildə 101 saat tıxaclarda qalır və şəhər iqtisadiyyatına 9.1 milyard dollar ziyan vurur.

Son xəbərlər
Digər xəbərlər