9 C
Baku
Thursday, December 12, 2024

Nyu-Yorkda restoranlar koronavirusa görə qonaqların hesabına əlavə haqq daxil edə biləcəklər

Nyu-Yorkda restoranlar qonaqların hesabına koronavirusa görə əlavə haqq daxil edə biləcəklər.

Banker.az xəbər verir ki, bu barədə “Travel and Leisure”yə istinadən “RİA Novosti” məlumat verib.

Verilən məlumata görə, yeni qayda Nyu-York Şəhər Şurası tərəfindən qəbul edilib. Rəsmilərin bildirdiyi kimi, bu tədbir pandemiyadan zərər çəkən restoranlara dəstək olmaq məqsədini daşıyır.

“Bu qanun layihəsi işçi qüvvəsinə çəkilən xərcləri qarşılamağa, o cümədən biznesi xilas etməyə kömək edəcək”, – deyə təşəbbüsün müəllifi Joseph Borelli izah edir.

Bununla yanaşı, iaşə müəssisəsinin sahibi olan şəxslər müştərilərə bunun “çay pulu” olmadığı və işçilərin maaşına təsir etmədiyi barədə məlumat verməlidirlər.

Son xəbərlər
Digər xəbərlər