Nyu-Yorkda ABŞ-ın 45-ci prezidentin Donald Trampın ailə biznesindəki saxtakarlıqla bağlı məhkəmə başlayıb.
Trampın bizmnes şirkətləri dələduzluq və vergidən yayınmada ittiham edilir.
Prokurorluq Trampın oğlanlarının rəhbərlik etdiyi şirkəti menecerlərə ödədiyi vəsaiti gizlətməkdə ittiham edir. Fakt sübuta yetirilsə şirkəti 1,5 milyon dollar cərimə gözləyir.
İşdə Donald Trampın adı hallanmır.