10 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Nyu-Yorkun yeni meri əməkhaqqını bitkoinlə alacaq

Nyu-Yorkun yeni meri Erik Adams ilk üç əməkhaqqısını bitkoinlə almağı planlaşdırır.

Banker.az xəbər verir ki, məmur Nyu-Yorku “kriptovalyuta sənayesinin mərkəzinə” çevirmək niyyətində olduğunu söyləyir. Adams bu qərarı ilə növbəti əməkhaqqısını bitkoinlə alacağını açıqlayan Mayami meri Frensis Suaresi keçməyə çalışır.

“Nyu-York” kriptovalyuta sənayesi və digər sürətlə inkişaf edən, innovativ sahələr üçün mərkəzə çevriləcək. Sadəcə səbr lazımdır”, – deyə Adams qeyd edib.

Hələ 2021-ci ilin əvvəlində Suares Mayami ehtiyatlarını bitkoinə investisiya etməyi düşündüyünü söyləyib. Mer bildirib ki, şəhər işçilərə əməkhaqqını, eləcə də sakinlərin onunla bəzi rüsum və vergilərin kriptovalyuta ilə ödənilməsi imkanlarını araşdırır.

Xatırladaq ki, daha əvvəl Mayami meri iki aya 7 milyon dollar qazandığını və bu pulu kriptovalyuta şəklində alacağını etiraf etmişdi. Suaresin qiymətləndirmələrinə görə, “MiamiCoin” büdcəyə təxminən 60 milyon dollar gətirə bilər. Əldə olunan vəsaitlər infrastruktur layihələrinə, o cümlədən sosial proqramların maliyyələşdirilməsinə xərclənəcək.

Son xəbərlər
Oxşar xəbərlər
X