Britaniyanın məşhur “Nyukasl” futbol klubunun səhmləri Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fonduna satılıb.
Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Qeyd olunub ki, tərəflər arasındakı bütün hüquqi fikir ayrılıqlarının həll edilib və Səudiyyə Ərəbistanı Krallığının kluba nəzarət etməyəcəyinə dair zəmanət verilib.
Müqavilənin dəyəri 300 milyon funt sterlinqdir.