10 C
Baku
Wednesday, December 11, 2024

O, kondisioner icad etdi: Uillis Kerrierin hekayəsi

Keçən əsrin əvvəlində mətbəələrdə yüksək nəmişlik səbəbi ilə kağızlar xarab olurdu, havası quru olan tekstil fabriklərində isə statik elektrik enerjisi meydana gəlirdi və pambıq toxumasına mane olurdu. Hər iki problemi Uillis Kerrierin havanı nəmləndirə, quruda və təmizləyə bilən kondisioner ixtirası həll etdi.

İstedadlı mühəndis əvvəl sənaye, sonra mağazalar, nəqliyyat və ofislər üçün fərdi həll yolları tapırdı. 30-cu illərdə onun kondisionerləri ABŞ Konqresində və Braziliya şaxtalarında qoyulurdu.

50-ci illərdə ixtiraçının xəyalı gerçəkləşdi – Carrier markalı kondisionerlər peydə oldu, lakin o, həmin günü görmədi. Kerrier bütün əmlakını ildə milyardlarla dollar gəlir gətirən şirkətinə vəsiyyət etdi.

Ailə ixtiraları və Kerrierin ilk işi

Uillis Kerrier 26 noyabr 1876-cı ildə Amerikanın Nyu-York ştatının Anqola şəhərində anadan olub. Gələcək ixtiraçının atası oğluna avadanlıq düzəltməyi, ət soyuducusu hazırlamağı və tövlələrdə havalandırma sistemini çəkməyi öyrətdi. Buna baxmayaraq, bioqrafların fikrincə, Uillis Kerrier mühəndislik bacarıqlarını anasından miras alıb.

bat mi thu vi cha de may dieu hoa nhiet do noi tieng the gioi Hinh 5

O, divar saatı, tikiş maşını və digər məişət texnikalarını təmir etməyi bacarırdı, eyni zamanda oğluna ev tapşırıqlarında kömək edirdi. Uşaq ikən Kerrier kəsirləri başa düşə bilmirdi. Anası almanı iki və ya dörd yerə bölərək, sonra isə yenidən dilimlərdən bütöv alma yığaraq, bu mövzunu ona öyrətmişdi.

Kerrierlər bayram və əyləncəni qəbul etməyən dini icmanın üzvü idilər. Buna görə gənc Kerrier boş vaxtlarını kitab oxumağa və müxtəlif problemlərin həllinə sərf edirdi. Bunun sayəsində, o, şəhərindəki akademiyanı müvəffəqiyyətlə bitirmişdi.

Tələbə illərində Kerrier pulu olmadığı üçün hər işə can atırdı: qazonları biçirdi, süd daşıyırdı və dostları ilə ABŞ-da ilk camaşırxana təşkil edirdi. Universitetdə məzun olduqdan sonra gənc mühəndis Edit Kler Seymur ilə tanış oldu və onunla evləndi. 1901-ci ildə Kerrier mühəndislik üzrə magistr dərəcəsini aldı və Buffalo Forge şirkətinə işə düzəldi.

İlk başlarda şirkət portativ döymə istehsal edirdi, sonradan isə ventilyator və hava işləmə avadanlığına keçdi. Kerrier yeni yaradılan mühəndislik şöbəsinə işə düzəldi. Bufflo Forge-dəki ilk ilində ixtiraçı pilomateriallar və qəhvə üçün qurutma qurğusunu yaratdı. Bu cihazların satışından şirkət 40 min dollar qazandı və pulun bir hissəsini Kerrierin gələcək ixtiralarının maliyyələşdirilməsinə xərclədi.  Buffalo Forge rəhbərliyi onu avadanlıqla təmin etdi və asudə vaxtlarına araşdırmalar aparmasına icazə verdi.

download 1

Bu müəssisə əsasında Kerrier dünyanın ilk istilik, havalandırma və kondisioner tədqiqat və inkişaf laboratoriyasını qurdu.

İxtiraçı kondisioneri necə yaratdı

Şirkətdə Kerrier satış şöbəsinə rəhbərlik edən gələcək iş ortağı İrvin Layl ilə dost oldu. 1902-ci ilin yazında Laylın ofisinə mühəndis-məsləhətçi Uolter Timmis gəldi. Onun müştərisi, Sackett & Wilhelms mətbəəsinin sahibi ən müasir çap avadanlığını aldı, amma zavoddakı rütubət səbəbindən kağız şişirdi və nəticədə müəssisənin işi xeyli ləngiyirdi.

Layl dərhal Kerrier haqqında düşündü və dedi: “Problem deyil!”. Timmis ilə birlikdə onlar kalsium xlorid məhluluna batırılmış parça ilə təcrübə apardılar. Bu konstruksiya hava rütubətini azaltsa da, metal duzlar buxarlandırırdı, hansıki çap proseduru zamanı qəbuledilməz sayılırdı.

Onda Kerrier qızdırıcı batareyalara soyuq su tökdü və bununla da havadakı rütubəti azaltmaq məqsədini daşıyan boruların istiliyini hava axınının sürəti ilə tarazlaşdırdı. Daha sonra soyudulmuş suyun axın sürətini və temperaturunu təyin etdi, eyni zamanda bir kub hava axınını ölçdü.

download 3

Kerrier ilk kondisionerini 25 yaşında – 17 iyul 1902-ci ildə Sackett & Wilhelms mətbəəsində qurdu. O, nəmləndirmə prosesini təmin edən ventilyatorlar, hava kanalları, qızdırıcılar və dəlikli borulardan ibarət idi.

Su arteziandan götürülürdü. Sonra cihaza ammiak kompressor əlavə edildi. O, il ərzində daxili nəmliyi 55% səviyyəsində qoruyub saxlayırdı. Müştəri Layla cihazın əla işlədiyini yazdı.

DlDs5TEU0AE1ZhL

DiTztvnUEAEpvPm

İlk müvəffəqiyyətdən sonra Kerrier kondisioner metodologiyasını inkişaf etdirməyə başladı. Buffalo Forge mühəndislərindən biri ixtiraçıya Cənubi Karolinada yerləşən fabrik üçün kondisioner düzəltməyi təklif etdi. Lakin otaqdakı istilik yükü çox böyük idi və cihaz sıradan çıxdı.

Bu problemin çözümü Kerrierin ağlına Pittsburqdakı dumanlı dəmir yolu platformasında gəldi: o, süni dumanın havanı qurutmaq üçün istifadə edilə biləcəyini düşündü.

1903-cü ilin sonunda Kerrier havanı təmizləyən, nəmləndirən və qurudan kondisioner sistemini yaratdı. 1906-cı ildə mühəndis ixtirasını patentləşdirdi. O bu cihazı “Hava emalı aparatı” adlandırdı.

29 yaşında Uillis Kerrier Buffalo Forge-nin mühəndislik şöbəsinin rəhbəri oldu: o, araşdırmalara rəhbərlik edirdi, cihazların dizaynını təsdiqləyirdi. Bir il sonra mühəndis avadanlıqların təqdimatı kataloqunu yaratdı.

1907-ci ildə şirkət əczaçılıq və tekstil fabriklərindən sifarişlər almağa başladı. Quru hava statik elektrik enerjini yaradırdı ki, bu da pambıq iplərinin tüklənməsinə və ya bükülməsinə səbəb olurdu. Kerrier rütubət səviyyəsini sabitləşdirdi və bu problemlər aradan qalxdı.

D91cAKuX4AA R60

Eyni ildə Kerrierin ixtirası beynəlxalq bazara çıxdı: Yaponiyanın Fuji Silk Spinning Company şirkəti ondan güclü kondisioner sifariş etdi. Lakin bütün bu uğurlara görə Kerrierin əməkhaqqısı belə artmadı.

İxtiraçı Birinci dünya müharibəsindən sonra şəxsi biznesini necə açdı?

Buffalo Forge rəhbərliyi kondisionerlərə olan tələbin yüksək olduğuna əmin oldu və 18 aprel 1909-cu ildə Kerrierin rəhbərliyi altında Carrier Air Conditioning Company of America şirkətini qurdu.

Uğurlara baxmayaraq, bu illər alimin ən çətin dövrü sayılır. Onun birinci həyat yoldaşı dünyasını dəyişdi. Bir müddət sonra Kerrier yenidən evləndi. Mühəndisin ikinci həyat yoldaşı Merilin övlad sahibi ola bilmədi və cütlük uşaq evindən övladlığa iki oğlan götürdü.

Tezliklə o ağır xəstələndi və 1911-ci ildə vəfat etdi. 1912 və 1913-cü illərdə Kerrierin övladlığa götürdüyü iki uşağı da öldü. 1914-cü ildə Birinci dünya müharibəsi başladı və Carrier şirkətinin çiçəkləndiyi dövrdə Buffalo Forge onun işçi heyətini buraxdı.

Lakin dostlar ruhdan düşmədilər: 26 iyun 1915-ci ildə Carrier Engineering Coorperation qurdular və Buffalo Forge-dən qovulmuş mühəndisləri oraya işə dəvət etdilər. Uillis Kerrier şirkətin prezidenti, Layl isə baş mühasibi oldu.

download 1 1

Əl-ələ verib yeni şirkətin əməkdaşları 32.6 min dollar toplayıb müharibə və böhrana baxmayaraq, yeni istehsal qurdular. Komanda Nyu-York, Filadelfiya, Boston və Çikaqoda ofislər açdı.

Cəmi 18 gün sonra şirkət ABŞ-dan ilk sifarişini aldı. 1917-ci ilin aprelində ABŞ müharibəyə başladı və dövlət sifarişləri şirkətin bütün digər layihələrini kölgədə qoydu. Müəssisə cəbhəyə çağırışa görə işçilərini itirməyə davam edirdi. 1917-ci ildə Karrier ilk dəfə olaraq qadın-mühəndis Marqaret İnqelsi işə götürdü.

download 2

1918-ci ilin əvvəlində Kerrier İrvin Layl ilə birlikdə Nyu-Yorka köçdü. Şirkət müharibədən sonrakı dövrə hazırlaşmaq üçün Nyu-Cersi ştatında yeni zavod icarəyə götürdü.

Eyni zamanda tərəfdaşlar poladdan hazırlanmış məhsulları ucuz qiymətə istehsal etmək və etibarsız təchizatçılardan asılı olmamaq üçün törəmə Carrier Construction Company-ni şirkətini qurdular.

Qurucusunun ölümündən sonra şirkətin aqibəti nə oldu

Müharibədən sonrakı dövrdə Kerrier Cənubi Amerikaya üç aylıq səyahətə getdi. O, olduğu 30 şəhərin hamısında məşhur kimi qarşılanırdı. Qayıdandan az sonra həkim iş adamının təqaüdə çıxmasını israr etdi.

Həkimin məsləhəti ilə Kerrier gündə 20 saat yatırdı. Buna baxmayaraq, dəftər və qələm hər zaman mühəndisin əli altında olurdu. O, ayaqlarını bükərək yatağında kompleks hesablamalar aparırdı.

9 oktyabr 1950-ci ildə, 74 yaşın içində Uillis Kerrier vəfat etdi. Onun varisləri yox idi, buna görə mühəndis bütün varidatını şirkətinə vəsiyyət etdi.

1951-ci ildə kondisioner sənayesi milyard dollarlıq sahəyə çevrildi. 50-ci illərin sonlarından şirkət ABŞ-ın ən böyük göydələnlərində kondisionerlərin quraşdırılması ilə məşğul idi.

1953-cü ildə Carrier otaq kondisionerləri bazarında uğur qazandı – şirkətin satışları ildə 1 milyon ədədi keçdi. 1955-ci ilin mart ayında şirkət otaq kondisioner istehsalçısı Affiliated Equipment-i satın aldı və bundan sonra onun dövriyyəsi 200 milyon dollara yüksəldi.

download 2 1

1980-cı illərdə Carrier dünyanın aparıcı kondisioner istehsalçılarını almağa davam edirdi: İtaliyanın Delchi, Braziliyanın Springer, Koreyanın Daewoo və digərləri. Paralel olaraq, şirkət qlobal mövcudluğunu genişləndirən bir neçə distributoru əldə etdi. 1993-cü ilə qədər Carrier gəlirlərini 4.5 milyard dollara çatdırdı.

1998-ci ildə Carrier ən böyük rəqibi istehsalçı Toshiba ilə birləşdi və Toshiba Carrier Corporation (TCC) şirkətini qurdu. Carrier bu şirkətin 40%-nə sahib idi. Hər iki şirkət kondisioner sənayesində liderlik edirdi: Toshiba beynəlxalq bazarın 10%-nə, Carrier isə 11%-nə sahib idi. Sərt rəqabət əvəzinə onlar bu günə qədər davam edən strateji əməkdaşlığı seçdi.

2002-ci ildə Kerrierin ixtirası 100 illiyini qeyd etdi. 21-ci əsrdə şirkət müəssisələr və idman obyektlərinin kondisioner sistemləri ilə təchiz etməklə məşğuldur. 2008-ci ildə Pekində keçirilən olimpiadada Carrier istilik, havalandırma və soyutma kondisionerlərinin quraşdırılmasına dair çoxsaylı müqavilələr bağladı.

Kondisionerlərdən əlavə şirkət sənaye soyuducusu və qızdırıcısı, siqnalizasiya və yanğın söndürmə sistemlərini istehsal edir. Eyni zamanda Carrier məktəblər üçün hava təmizləyicisini buraxır.

Pandemiya dövründə şirkət bəzi fabriklərini bağladı və istehsal həcmini azaltmalı oldu. Lakin 2020-ci ilin ikinci yarısında satışlar yenidən bərpa oldu. Nəticədə 2020-ci ili Carrier 17.5 milyard dollar gəlirlə bitirdi. Qeyd edək ki, bir il əvvəl bu göstərici 18.9 milyard dollar olaraq qiymətləndirilirdi.

download 3 1

Şirkət gəlirinin 52%-ni ABŞ-dan,  28.27%-ni Avropadan, 15.2%-ni isə Asiya-Sakit Okean Regionundan alır.

Son xəbərlər
Digər xəbərlər