18 C
Baku
Sunday, September 29, 2024

“Oba market” cərimələnib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitoronq keçirilib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyat Nazirliyindən məlumat verilib.

Monitorinqlər zamanı Nərimanov rayonunda “Ağ çiçəyim gül dükanı”nda, Nizami rayonunda “Brand 313 mobile” ticarət obyektində,  Nəsimi rayonunda “Oba market”də,  epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər