“Oba Market” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Oba Market” MMC-nin vergi borcu 81397 manatdır.
Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olub.