-1 C
Baku
Sunday, December 15, 2024

Obama Azərbaycanla bağlı zarafat etdi

ABŞ prezidenti Barak Obama Ağ evdə akkreditə olunmuş jurnalistlərlə ənənəvi şam yeməyi keçirib. ANS PRESS-in məlumatına görə, Obamanın builki çıxışı prezident seçkiləri ərəfəsində təşviqat kampaniyasının ən qızğın vaxtına təsadüf edib. Bu isə Obamanı mövzu bolluğu ilə təmin edib. Prezident şam yeməyində sərbəst şəkildə çıxış edərək müxtəlif mövzularda zarafatlar edib.

Respublikaçıların əsas namizədi sayılan Donald Tramp qonaqların arasında olmayıb və Barak Obama ilk olaraq onunla bağlı danışıb.

“Bu, çox təəccüblüdür. Bu zal müxbirlərlə, kameralarla, məşhurlarla doludur və Tramp buna yox deyir? Bu nahar Tramp üçün çox diqqətçəkəndir? Görəsən, o, bura gəlmək əvəzinə nə edib? Yəqin Tramp evdə oturub, “Twitter”da Angela Merkeli təhqir edən tvitlər paylaşır”.

Ölkə rəhbəri Donald Trampla və Respublikaçılarla bağlı zarafatdan da qalmayıb. “Respublikaçılar partiyasının quruluşu o qədər şübhəlidir ki, onların ən real namizədi də adamda şübhə və şok yaradır. Onlar Donald Trampın prezident olmaq üçün xarici siyasət təcrübəsinin olmadığını deyirlər. Ədalət naminə demək lazımdır ki, o, bütün illərini dünya liderləri ilə görüşərək keçirib. Miss İsveç, Miss Argentina, Miss Azərbaycan…”

Obamanın zarafatları prezidentliyə Demokrat namizədlərdən də yan keçməyib. O, Hillari Klinton və Berni Sanderslə bağlı fikirlərini də zarafatla bölüşüb.

“Baxın, dəfələrlə demişəm ki, Hillarinin sərtliyinə, onun ağlına, siyasətinə, təcrübəsinə heyranam. Amma etiraf etməliyik ki, Hillari gənc seçicilərlə təzəlikcə “Feysbuk”da qeydiyyatdan keçən qohumları kimi davranır – “Əzizim Amerika, səni “dürtmələdim”, gördün? Səhifəndə görünür? Bəlkə nəyisə düz eləmədim”, və s.” – deyə, Obama zarafat edib.

Obama, hətta, zarafatca Hillari Klintonu gələcək prezident də adlandırıb.

Son xəbərlər
Digər xəbərlər