26 C
Baku
Saturday, July 27, 2024

Obamanın keçmiş köməkçisi İrana nəzarət edəcək

ABŞ-ın yeni prezidenti Co Bayden sabiq prezident Barak Obamanın Yaxın Şərq üzrə müşaviri olmuş Robert Malliyə yenidən vəzifə verəcək.

Bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.

Qeyd olunub ki, R. Malli ABŞ prezidentinin İran üzrə xüsusi elçisi təyin ediləcək.

Ağ Ev daha əvvəl Baydenin müttəfiqləri ilə İranla danışıqlar planlarını müzakirə etmək niyyətini açıqlamışdı. Bunun əvəzində rəsmi Tehran “ABŞ-la danışıqların aparılması İranın planlarına daxil deyil” deyə, bəyan etmişdi.

İran tərəfi bildirib ki, danışıqlarda irəliləyişin əldə olunması üçün ilk növbədə rəsmi Vaşinqton sanksiyaları ləğv etməlidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər