7 C
Baku
Thursday, December 12, 2024

Obamaya 400 min dollar vəd ediblər

Banker.az saytının Fox Business telekanalına istinadən verdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti Barak Obama Cantor Fitzgerald maliyyə şirkətinin sağlamlıqla bağlı təşkil etdiyi konfransda çıxış etməsi üçün rekord məbləğ hesab olunan 400 min dollar əldə edəcək.

Bununla da, Amerikanın keçmiş lideri nitqi üçün Hillary Clintondan təqribən iki qat artıq məbləğ əldə edəcək. Elə hesab edilir ki, Hillary Clinton çıxışları üçün ən çox qonorar alan şəxsdir.

Təxminlərə əsasən, Obama konfransda bu ilin sentyabr ayında nitq ilə çıxış edəcək. Nitq üçün qonorar almaq amerikalı siyasətçilərin istefa verdikdən sonra gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir.

Qeyd edək ki, Barak Obama bu ilin 20 yanvar tarixində istefaya getdikdən bu günə qədər ilk dəfə 24 aprel tarixində ictimaiyyət qarşısında çıxış etdi.

Son xəbərlər
Digər xəbərlər