“Azərişıq” ASC tender elan edib.
Banker.az xəbər verir ki, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən obyektin ərazisinə düşən 35 kV-luq kabel xətlərinin köçürülərək əvəzinə yeni kabel xətlərinin çəkilməsi, daxili elektrik təchizatı məqsədilə yeni elektrik qurğularının quraşdırılması, yeraltı kabel xətlərinin çəkilməsi nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 20 172 901 manatdır.