16 C
Baku
Friday, April 19, 2024

“Occidental” neft şirkəti rəqibini $38 milyarda satın almaq istəyir

Amerikanın “Occidental Petrolium” neft şirkəti, 24 aprel tarixində öz rəqibini satın almaq niyyətində olduğunu bildirib. Şirkət “Anadarko Petrolium” neft istehsalçısını almaq üçün 38 milyard dollar ödəməyə hazırdır. Borcları da nəzərə alsaq, bu təklifin dəyəri 57 milyard dollar təşkil edir.

Banker.az xəbər verir ki, “Occidental Petrolium” un özünün verdiyi məlumata görə, bu təklif, rəqibi “Chevron” şirkətinin təklifindən daha sərfəlidir. Aprel ayının ortalarında məlum olmuşdur ki, “Chevron” qarşı tərəfə 33 milyard dollar təklif edib. Bu, “Occidental Petrolium” şirkətinin ödəməyə hazır olduğu məbləğdən 20% azdır.

“Chevron” ilə müqavilənin pozulması halında, “Anadarko” 1 milyard dollar cuvarında komissiya ödəməli olacaq. Xatırladaq ki, şirkət Texas, Nyu-York və ABŞ-ın digər ştatlarında şist yataqlarının inkişaf elətdirilməsi ilə məşğuldur. O eyni zamanda Mozambik, Əlcəzair, Kolumbiya və digər ölkələrdə də fəaliyyət göstərir.

“Occidental” ın baş direktoru olan Viki Hollab, rəqib şirkətin direktorlar şurasına ünvanlandığı məktubda qeyd edir: “Biz sizin idarə heyətinizin bu təkliflər barədə bizimlə əməkdaşlıq etmədiyi üçün həm təəccübləndik, həm məyus olduq. Təəssüflər olsun ki, “Anadarko” müqavilənin pozulmasına görə komissiya ödəməyə razı olduğunu bildirib. Biz ona öz təklifimizi bildirmək üçün 8 aprel tarixindən başlayaraq, şirkət nümayəndələri ilə bir həftə ərzində əlaqə saxlamağa çalışdır. Əgər o telefon dəstəyini götürmüş olsaydı, bizim daha sərfəli təklifimizdən yararlanmaq imkanını əldə edərdi”.

Son xəbərlər
Digər xəbərlər