“Financial Times” (FT) adını açıqlamayan məlumatlı mənbələrə istinadən yazır ki, Amerika neft şirkəti “Occidental Petroleum” öz neft-kimya bölməsi “OxyChem”in satışına dair danışıqlar aparır.
FT qeyd edir ki, təxminən 10 milyard dollar dəyərində olacaq sövdələşmədən və “OxyChem”in “Occidental Petroleum”dan ayrılmasından sonra dünyanın ən iri müstəqil neft-kimya şirkətlərindən biri yaradılacaq.
Son illərdə “Occidental Petroleum” borclarını azaltmaq üçün bir sıra aktivlərini satıb. Hazırda şirkətin borcu təxminən 24 milyard dollar təşkil edir. Bununla yanaşı, son 12 ay ərzində “OxyChem”in gəliri demək olar ki, 5 milyard dollar olub. “Occidental” şirkətinin ümumi bazar kapitallaşması isə təxminən 47 milyard dollar təşkil edir.
“OxyChem”in potensial alıcısının kim ola biləcəyi hələlik məlum deyil.