26 C
Baku
Monday, June 27, 2022

Ödəniş sistemləri departamenti/Texniki şöbənin eksperti – Bank of Baku

Əsas vəzifə öhdəlikləri

  •  Virtualizasiya avadanlıqlarından istifadə edilməklə Linux ƏS bazasında proqram-aparaq kompleksinin idarə edilməsi
  •  Proqram təminatının tətbiqi konfiqurasiyası, Oracle DB ilə iş
  •  Skriptlərin yazılması və məlumatların mütəmadi olaraq rezervləşdirilməsi (backup)
  •  Aparat təminatının (server, məlumatların saxlanılması sistemi) quraşdırılması və konfiqurasiyası
  •  Logların təhlili, həmkarlarla və təchizatçılarla işləyərək problemlərin həll edilməsi
  •  Proqram təminatının yenilənməsinin test edilməsi, konfiqurasiya və skriptlərin sənədləşdirilməsi

Seçim meyarları

  •  Ali təhsil
  •  Sahə üzrə 1- 3 il iş təcrübəsi
  •  Şəbəkə texnologiyaları, əməliyyat sistemləri və tətbiqlər barədə biliklər
  •  Azərbaycan, rus və ingilis dilləri – yaxşı
  •  Problemə yönəlik analitik düşünmə tərzi
  •  Komanda ilə işləmək bacarığı

İş şərtləri

Iş vaxtı: 5 iş günü, 09.00-18.00
Əmək haqqı: iş təcrübəsindən asılı olaraq
İş yeri: Bakı şəh., Əməliyyat Mərkəzi

Müraciət üçün son tarix: 15/06/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Linux Administrator qeyd etməyi unutmayın!

Son xəbərlər
Oxşar xəbərlər