8 C
Baku
Friday, March 29, 2024

“Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatası ödəniş xidmətləri təchizatçılarının lisenziyalaşdırılması, onların rəqabət qabiliyyətinin artırılması üçün hüquqi çərçivənin layihəsini hazırlayıb. 

Bu gün “fintech”ləri tənzimləmək və onlara nəzarət etmək üçün təkmil mexanizm yoxdur. “Fintech”lərin banklar ilə, eyni zamanda vətəndaşlar ilə mülki münasibətlərini tənzimləmək, baş verə biləcək fors-major halarını aradan qaldırmaq üçün mexanizmin müəyyən edilməsi günün tələbidir.

Bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq forumunda çıxış edən Azərbaycan Maliyyə Bazarlarında Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov deyib.

Alışov, “Təəssüf ki banklar ilə ödəniş sistemləri arasında münasibətlər hal hazırda sahəvi qanun ilə deyil, Mülki Məcəllə, Banklar haqqında qanun, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbləri tənzimlənir” deyərək sözlərinə belə davam edib:

“Bu sahədə rəqabətin artırılması, istehlakçıların hüquqlarının qorunması, bu sahənin lisenziyalaşdırılması, banklar ilə “fintech”lər arasında münasibətlərin tənzimlənməsi hüquqi çərçivəni labüd edirdi. Palata Dünya Bankının ekspertlərinin birlikdə “Ödəniş sistemləri və ödəniş xidmətləri haqında” qanun layihəsini hazırlayıb. Artıq işlər yükunlaşır, Qanun layihəsi bir neçə dəfə müvafiq dövlət qurumları ilə müzakirə edilib və ilin sonunadək Nazirlər Kapinetinə təqdim edilməsi nəzərdə tutulur”.

İbrahim Alışov əlavə edib ki, əsas məqsədlərdən biri ödəniş xidmətləri təchizatçılarının rəqabət qabiliyyətini artırmaqdır:

Onun sözlərinə görə, qanun layihəsi özündə bir sıra aspektləri əhatə edir və 9 fəsil, 72 maddədən ibarətdir.

“Bu qanun layihəsi bir neçə dəfə müvafiq dövlət qurumları ilə müzakirə olunub və düşünürük ki, artıq yekun mərhələyə çatmışıq və bu yekun mərhələdə biz bu qanun layihəsini ilin sonunadək Nazirlər Kabinetinə təqdim edə biləcəyik”, – deyə İ. Alışov qeyd edib.

 

Son xəbərlər
Digər xəbərlər