24 C
Baku
Thursday, July 18, 2024

Ödəniş terminallarının qəbzlərində “ƏDV geri al” üzrə QR-kodlar verilə bilər

Azərbaycanda istifadədə olan ödəniş terminallarında (“MilliÖN”, “eManat” və s.) çap olunan qəbzlərdə də “ƏDV gerial” üzrə QR-kodlar tətbiq oluna bilər.

Bunu açıqlamasında iqtisadiyyat nazirin müavini Sahib Ələkbərov deyib.

Onu sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur.

Nazir müavini ölkədə onlayn nəzarət kassa aparatlarının tətbiqi ilə başlı məsələyə toxunaraq qeyd edib ki, bu proses hələ tam başa çatdırılmayıb.

“Hər gün bu məsələ təhlil olunur və daim nəzarətdədir. Onlayn rejimdə olduğuna görə, ayrıca təhlilə ehtiyac yoxdur. İşlər gedir. Ola bilsin ki, hər hansı yeniliklər tətbiq olunacaq. Yəni bütövlükdə onlayn nəzarət kassa aparatlarının tətbiq olunması həm əhali, həm də sahibkarlar və dövlət orqanları tərəfindən çox müsbət hal kimi dəyərləndirilir”, – deyə S. Ələkbərov qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər