19 C
Baku
Thursday, May 30, 2024

Ödəniş terminallarından istifadə ilə bağlı YENİ QAYDALAR – Qanun dəyişir

Ödəniş terminalları vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinin yeni qaydaları müəyyən edilir.

Banker.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ödəniş xidməti təchizatçısı ödəniş xidmətlərini ödəniş terminalları vasitəsilə göstərdikdə ödəyicidən qəbul olunmuş pul vəsaitini vəsait alanla bağladığı müqavilədə ayrı müddət nəzərdə tutulmadıqda (müqavilədə nəzərdə tutulan müddət 5 (beş) iş günündən artıq ola bilməz) növbəti əməliyyat günündən gec olmayaraq vəsait alanın ödəniş hesabına köçürməlidir. Mərkəzi Bank tərəfindən müəyyən edilən hallar istisna olmaqla, ödəniş terminalı ödəniş xidməti istifadəçisini ödəniş əməliyyatını təsdiq edən məlumatla təmin etməlidir.

Ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələblər və məlumatların təqdim edilməsi qaydası Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər