-1 C
Baku
Sunday, December 15, 2024

Ödəmə qabiliyyətini itirmiş bankların əmlaklarına dair vergi güzəştinin müddəti 2 il artırılır

Ödəmə qabiliyyətini itirmiş bankların əmlaklarına dair vergi güzəştinin müddəti 2 il artırılır.

Bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə 2019-cu il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu müddət gələn il yanvarın 1-də bitir.

Layihəyə əsasən, bununla bağlı əmlak vergisini ödəməkdən azadolma 2019-cu il yanvarın 1-dən 7 il müddətinə olacaq.

Son xəbərlər
Digər xəbərlər