Bakının Xocalı prospektində quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlayan şəxs tutulub.Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı prospektində quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1100 manat oğurlamış Bakı şəhər sakini Andrey Pavlenko saxlanılıb.