19 C
Baku
Sunday, May 19, 2024

Ödəmə terminallarının işində fasilə olacaq

Bu gücə Smart kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 1 saatlıq fasilələr olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ATVxəbər.az-a verilən məlumata görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərini xəbərdar edir ki, Respublika üzrə “Modenis” MMC məxsus E-manat və “Komtec” LTD məxsus MilliÖN ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 24:00-dan etibarən 03.02.2015-ci il tarixdə saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə Smart kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 1 saatlıq fasilələr yaranacaq.

Birlik qeyd olunan zaman ərzində abonentlərdən ödəniş üçün alternativ yollardan istifadə etmələrini tövsiyə edir. 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər