1 C
Baku
Saturday, December 14, 2024

Ödəmə vaxtı keçən kreditlər azalıb​

2016-cı il noyabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

Kreditlər milli valyuta ekvivalentində 15820,0 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 12497,1 milyon manatı və ya 79,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 34,9 faizi dövlət, 62,1 faizi qeyri-dövlət bankları, 3,0 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,7 faizini təşkil edib.

Xatırladaq ki, bu ilin 10 ayında ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizinə bərabər idi.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər