Ödənilmiş məcburi dövlət sosial sığorta haqları 8% artıb

2026-cı ilin yanvar–iyul aylarında məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 102,3 milyon manat vəsait ödənilib.

Banker.az Dövlət Sosial Müdafiə Fondunun məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur. 2025-ci ilin yanvar–iyul aylarında sosial sığorta hesabına müavinət ödənişləri təxminən 94,7 milyon manat təşkil edib.

Beləliklə, bir il ərzində bu istiqamətdə ödənişlər təxminən 7,6 milyon manat artıb.

Artım son illərdə sosial sığorta hesabına ödənişlərin yüksələn dinamikasını davam etdirir. 2026-cı ilin ilk yeddi ayında DSMF ümumilikdə 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezident təqaüdü ödəyib. Bunun 158 min nəfərə ödənilən 102,3 milyon manatı sosial sığorta hesabına verilən müavinətlərin payına düşüb.

Məcburi dövlət sosial sığorta vəsaiti hesabına uşağın anadan olmasına, dəfnə, uşağa qulluğa və digər hallara görə müavinətlər ödənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər