29 C
Baku
Wednesday, July 3, 2024

Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə barədə seminar keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində maliyyə sektorunda çalışan əməkdaşların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası ilə birgə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə seminar təşkil olunub. Bankların nümayəndələrinin iştirak etdiyi tədbir ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.

Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroğlu ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarında son tendensiyalar, daha geniş yayılmış dələduzluq halları və onlara qarşı mübarizə tədbirləri, habelə texnoloji inkişaf və innovasiyaların tətbiqinin genişlənməsi nəzərə alınaraq bu sahədə atılacaq addımlar haqqında ətraflı məlumat verib.

Tədbirdə, həmçinin “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən tətbiq olunacaq yeniliklər açıqlanıb, qeyd olunan mövzular ətrafında iştirakçıların sualları cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər